Sual: 83. Məhdəviyyət hədisləri yalnız şiə mənbələrindədirmi?
Cavab: Sünnə əhlindən bəzi şəxslər elə güman edirlər ki, Məhdəviyyət hədisləri bütünlüklə şiələr tərəfindən quraşdırılmışdır. Onlar bu hədisləri nəql edənləri şiəlikdə ittiham edərək onların dediyini əsassız sayırlar.
Doktor Bəstəvi öz iradını bildirdikdən sonra deyir: “Rəvayətin qəbul olunma meyarı rəvayətçinin ədalətli olmasıdır. Onun əqidəsi nəql etdiklərinə şübhə yaratmamalıdır. Yalnız İslamdan xaric olmuş rəvayətçi mötəbər sayılmaya bilər. Əksər müasir və qədim alimlər belə düşünür.” Sonra Əli ibn Mədyənin dilindən nəql edir ki, əgər yalnız şiə olduqları üçün kufəlilərin nəql etdiyi rəvayətlər inkar olunsa, kitablar puçа çıxar.”1
Müəllif sözünə belə davam edir:
“Rəvayətlərə münasibətdə onu nəql edənin şiə olması ölçü götürülə bilməz. Axı bir çoxları şiə olmadıqları halda bu mövzuda hədis nəql etmişlər.” Sözünün sonunda müəllif deyir: “Mehdi (ə) ilә bağlı rəvayətlərin çoxu şiə olmayanlar tərəfindən nəql olunmuşdur. Şiələr tərəfindən nəql olunan rəvayətlərin də digər məzhəblərdən şahidləri var. Demək, bu mövzuya şübhələr aradan qalxır.”2
Dostları ilə paylaş: |