Sual: 89. Məhdəviyyət İslamın dünyaya hakim ola bilməsindən qaynaqlanırmı?
Cavab: İordaniya universitetində fəlsəfə bölməsinin rəisi Doktor Səlman Büdur Məhdəviyyət haqqında deyir: “İslam peyğəmbərinin hökuməti İslam və digər dinlərin müjdə verdiyi ədalət hökumətinin mücəssəməsi idi. Bir çox müsəlmanlar elə həmin dövrdə ədalət hökumətinin dünyaya yayılmasını arzulayırdı. Bu arzu gerçəkləşmədi. Amma hələ də İslam mütəfəkkirləri, xüsusi ilə imamiyyə şiələri bu arzu ilə yaşayır.”1
Həzrət Peyğəmbərin (s) dövründə İslam bütün yer üzünə yayılmasa da, əvvəla, İslam haqqında bir din olaraq bütün dünya xəbər tutdu və həzrət Peyğəmbər (s) bütün yer əhlini İslama dəvət etdi.
İkincisi, Quran və həzrət Peyğəmbər (s) İslamın bütün yer üzünə yayılacağına xəbər vermişlər. Müsəlmanların bu amaldan məyus olub Məhdəviyyətə üz tutması fikri yanlışdır.
Doktor Əbdül-Cəbbar Şərarə deyir: “Elm və mərifət iddiasında olan bir qrup insanın elə qədim dövrdən hazırkı dövrədək İslam cəmiyyətində şübhə yaratması təəccüb doğurur. Əslində, onların iddiası düşüncələrinin darlığını göstərir. Culd Zeyher, Fəlhauzen, Fan Floten, Mak Donald, Bernard Levis, Monteqri, Vat və Masinyon kimi şərqşünaslar və onların şagirdləri şərq təfəkküründən qidalandıqları halda heç bir dəlil gətirmədən Məhdəviyyət məsələsini şübhə altına alırlar. Hansı ki, aşkar və qəti dəlillər onların nəzərinə çatdırılır. Fundamental şəkildə sübut olunmuşdur ki, dünyanın axırlarında həzrət Mehdi (ə) zühur edəcək. Bu əqidəni sünnə əhlindən olan Bərzənçi, Şövkani və başqaları mütəvatir hədislərə əsaslanaraq qəbul edirlər...”2
Dostları ilə paylaş: |