Sual: 101. Zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar edirmi?
Cavab: Əhməd Əmin Misri “Zəhiyul-İslam” kitabında iddia edir ki, zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar etmişlər.
Əhməd Əminin iddiası kökündən yanlışdır. Zeydiyyə kitablarına müraciət etdikdə görürük ki, onlar da digər İslam firqələri kimi həzrət Mehdinin (ə) qiyamına inanırlar.
Zeydiyyə firqəsinin böyük alimlərindən olan Məcdəddin ibn Məhəmməd ibn Mənsur Həsəni “Ləvamiul-ənvar” kitabında “Əxbarul-Məhdi” adı altında fəsil tərtib etmiş və həzrət Mehdi (ə) ilə bağlı bir çox hədislər nəql etmişdir.
O uyğun fəsildə yazır: Məhəmməd (s) ailəsindən olan imamlar həzrət Mehdi (ə) haqqında müjdə vermişlər. Onlar Mehdinin (ə) intizarını çəkirdilər. Hər bir imam özündən sonrakı imama bu barədə vəsiyyət etmişdir.”1
Bu şəxs həzrət Mehdi (ə) haqqında bir çox rəvayətlər nəql etdikdən sonra deyir: “Həzrət Mehdi (ə) və onun əhli-beytdən olması ilə bağlı rəvayətlər təvatir (yetərli) həddədir.”2
Kitabın başqa bir bölməsində oxuyuruq: Son imamla bağlı peyğəmbərdən və ələvi imamlardan yetişmiş xəbərlər qeyd olunanlardan çoxdur. “Nəhcül-bəlağəni” şərh edən ibn Əbil-Hədidin uyğun mövzu ilə bağlı söylədikləri həqiqətdir. Bütün müsəlman firqələri yekdil olaraq düşünür ki, dünya yalnız onun zühurundan sonra sona çatır.”3
Eyni fikirlər zeydiyyə imamı İbn-Həmzənin “Əş-şafi” kitabında nəql olunmuşdur.4
İbn Həmzənin dediklərindən məlum olur ki, o hətta həzrət Mehdinin (ə) dünyaya gəlişinə də inanır.5
Zeydiyyə alimlərindən olan Qazi Hüseyn ibn Nasir Məühəlla “Mutməhul-amal” kitabında Məhdəviyyət hadisəsindən söz açır. O deyir: “Həzrət Mehdi (ə) haqqında mütəvatir həddə çatmış hədislər nəql olunmuşdur.”2
Dostları ilə paylaş: |