Sual: 108. Həzrət İsanın göydən enməsi ilə bağlı İslam məzhəblərinin mövqeyi nədir?
Cavab: Müxtəlif rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) zühur edən zaman həzrət İsa səmadan enib namazda ona iqtida edəcək.
Buxari Əbu-Hüreyrəyə istinadən Peyğəmbərin (s) dilindən belə nəql edir: “Özünüzdən olan şəxs sizə imam ikən Məryəm övladı enəndə halınız necə olar?!”4
İmam Baqir (ə) buyurmuşdur: “Yer onun üçün fırlanacaq, xəzinələr ona açılacaq, hakimiyyəti şərq və qərbi bürüyəcək. Allah-tәala müşriklər ikrah duysa da, onun vasitəsi ilə Öz dinini aşkarlayacaq. Həmin vaxt yer üzü bütünlüklə abad olar, Məryəm oğlu İsa Ruhullah enib Mehdinin (ə) arxasında namaza durar.”5
Dostları ilə paylaş: |