Bismillahir-Rəhmanir-Rəhim


Sual: 120. İmam Həsən (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə111/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   107   108   109   110   111   112   113   114   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 120. İmam Həsən (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?

Cavab: Bəli, hədislərdən birində imam Həsən (ə) Müctəba belə buyurur: “Həzrət Peyğəmbərdən (s) sonra imamlar 12 nəfərdir. Qardaşım Hüseyndən (ə) doqquz imam qərar verilər və ümmətin Mehdisi (ə) onlardan olar.”3
Sual: 121. İmam Hüseyn (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir: “Övladlarımın doqquzuncusunda Yusifin, Musa ibn İmranın sünnəsi var. O biz əhli-beytin qaimidir. Allah-tәala onun işini bir gecədə gerçəkləşdirər.” (“Kəmalud-din”, s. 317; “Bihar”, c. 51, s. 132,133)

Başqa bir rəvayətdə belə nəql olunur: “..Bu ümmətin qaimi mənim doqquzuncu övladımdır. Odur qeyb sahibi. Odur sağ vaxtında mirası bölünən kəs.” (Həmin mənbə)

Əbdürrəhman ibn Suləyt imam Hüseynin (ə) dilindən belə nəql edir: “On iki Mehdi bizdəndir. Onların birincisi Əmirəl-möminin Əli ibn Əbu-Talib, sonuncusu mənim doqquzuncu övladımdır. Odur qaim imam. Allah-tәala yer üzü məhv olduqdan sonra onu Mehdi (ə) vasitəsi ilə dirildəcək...”1



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin