Sual: 127. İmam Cəvad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında xəbər vermişdirmi?
Cavab: Bəli, 90 hədisdə imam Cəvad (ə) həzrət Mehdinin (ə) dünyaya gəlişinə işarə etmişdir. Şeyx Səduq Əbdül-Əzim Həsənidən belə nəql edir: “Mən Məhəmməd ibn Əlinin yanına getdim. Soruşmaq istəyirdim ki, Mehdi odur, yoxsa başqası? Həzrət öncə belə buyurdu: “Ey Әbül-Qasim! Həqiqətən, bizim qaim Mehdidir. Onun qeybi dövründə intizar çəkmək, zühuru vaxtı itaət etmək vacibdir. O mənim üçüncü övladımdır.”2
Səduq Səqər ibn Əbu-Delfdən imam Cavadın (ə) belə bir buyurduğunu nəql edir: “Məndən sonra imam övladım Əlidir. Onun əmri mənim əmrim, onun sözü mənim sözümdür. Ona itaət mənə itaətdir. Ondan sonra övladı Həsən imamdır. Onun əmri atasının əmri, sözü atasının sözü. Ona itaət atasına itaətdir.” Sonra imam susdu. Mən Həsəndən (ə) sonra kimin imam olacağı barədə soruşdum. İmam ağladı və buyurdu: “Həqiqətən, Həsəndən sonra onun övladı, zühuru gözlənilən qaimdir...”3
Dostları ilə paylaş: |