Bismillahir-Rəhmanir-Rəhim


Sual: 132. Abbasi dövləti zəif olduğu halda həzrət Mehdi (ə) üçün hansı təhlükə yarada bilərdi? Cavab



Yüklə 1,7 Mb.
səhifə119/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   115   116   117   118   119   120   121   122   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 132. Abbasi dövləti zəif olduğu halda həzrət Mehdi (ə) üçün hansı təhlükə yarada bilərdi?

Cavab: Bəziləri deyirlər ki, Abbasilər dövlətində işləri türklər əlinə aldığından xəlifələr çox zəif mövqeyə malik idi. Guya həmin dövrün siyasi vəziyyəti həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfi saxlanılması üçün əsas ola bilməz.

Uyğun iradı cavablandıraq:

1. Əgər Abbasi dövləti həmin dövrdə zəifləmişdirsə də, prinsipcə güclü dövlət sayılırdı.

2. Abbasilər türklərin hakimiyyətə nüfuzunun qarşısını ala bilməsə də, Əhli-beytə (ə) qarşı yekdil rəydə idilər.

3. Abbasilər daxili müxaliflərlə mübarizəyə məşğul olsalar da, heç vaxt əhli-beytlə mübarizəni yaddan çıxarmamışlar.
Sual: 133. İmam Əsgərinin (ə) şəhadətindən sonra siyasi vəziyyət necə idi?

Cavab: Zalım hakimlər imam Əsgəri (ə) övladı Mehdinin (ə) zülmlə aparacağı mübarizədən xəbərdar olduqları üçün hər yolla onu qətlə yetirməyə çalışırdılar. Həzrət Mehdiyə (ə) qarşı üç dəfə terror planı cızıldı. Amma düşmən bu planları həyata keçirə bilmədi. İmam Əsgərinin (ə) şəhadətindən bir neçə gün sonra Abbasi Mötəməd belə bir cəhd etdi. Mötəməddən sonra hakimiyyətə gəlmiş Mötəzid iki dəfə imam Mehdini (ə) aradan götürməyə cəhd göstərdi. Ondan sonrakı xəlifələr isə uyğun cəhdlərin nəticə vermədiyini görüb bu işdən ümidlərini üzdülər.

Şeyx Tusi bu iki cəhddən birini “Əl-ğeybət” kitabında Rəşiqin dilindən nəql etmişdir: “Mötəzid Abbasi məni başqa iki nəfərlə imam Əsgərinin (ə) evinə göndərdi ki, həzrət Mehdini (ə) həbs edək. Biz imamın evində möcüzə ilə qarşılaşıb məqsədimizə çata bilmədik...”1



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin