Bismillahir-Rəhmanir-Rəhim


Sual: 136. İmam Əsgərinin (ə) şəhadətindən sonra şiələrdən imamət silsiləsinin kəsildiyini düşünənlər oldumu? Cavab



Yüklə 1,7 Mb.
səhifə121/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   117   118   119   120   121   122   123   124   ...   410
Sual: 136. İmam Əsgərinin (ə) şəhadətindən sonra şiələrdən imamət silsiləsinin kəsildiyini düşünənlər oldumu?

Cavab: Əhməd Katib deyir: “Bəzi tarixçilər nəql edirlər ki, şiələr arasında imamətin dayandığını düşünənlər vardı. Bəzi rəvayətlərdən də belə görünür ki, xalq Allahın qəzəbinə gəldikdə imamət cərəyanı dayana bilər...”

Deyilənlərə belə cavab vermək olar:

1. Tarixi mənbələrə müraciət etdikdə aydın olur ki, şiə cəmiyyəti bir əksəriyyət olaraq imam Mehdinin (ə) mövluduna inanırdı.

2. Şeyx Müfid və başqalarının bildirdiyi kimi, imam Əsgərinin (ə) vəfatından sonra şiələr 14 firqəyə bölündü. Amma qısa bir müddətdən sonra alimlər və səhabələrin çağırışları sayəsində hamı imam Mehdinin (ə) varlığı ilə bağlı yekdil rəyə gəldi.1

3. İmamətin kəsilməsindən danışan rəvayətləri diqqətlə nəzərdən keçirdikdə ziddiyyətlə rastlaşırıq. Həmin rəvayətdə imam Baqirdən (ə) belə nəql olunur: “Əgər Allah-tәala xalqa qəzəblənsə, bizi onlardan ayırar.” Əslində bu hədis həzrət Mehdinin (ə) qeybə çəkilməsini sübut edir.2

4. Əgər ixtilaf bir şeyi batil saymaq üçün dəlil olsaydı, peyğəmbərlik məsələsi də şübhə altına alınmalı idi. Hansı ki, heç kim belə bir iddiada deyil. Məgər peyğəmbər xəbər verməmişdimi ki, ondan sonra ümməti 73 firqəyə bölünəcək?!



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin