Bismillahir-Rəhmanir-Rəhim


Sual: 142. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı müxalifət şəkk-şübhə yaratmırmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə126/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   122   123   124   125   126   127   128   129   ...   410
Sual: 142. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı müxalifət şəkk-şübhə yaratmırmı?

Cavab: Əhməd Katib həzrət Mehdinin (ə) mövludu ilə bağlı ixtilaflardan istifadə edərək bu məsələyə biganəlik yaratmaq istəmişdir.

Cavab olaraq deməliyik: Əvvəla, hər hansı mövzu ilə bağlı ixtilaf onun batilliyini yox, mövcudluğunu təsdiqləyir. Əgər ixtilaf olmasaydı, heç bir məsələ sübuta yetməzdi. İstənilən bir mövzuya münasibətdə müxtəlif baxımlardan ixtilaf düşmüşdür.

Məgər İslam ümməti həzrət Peyğəmbərin (s) buyurduğu kimi onun vəfatından sonra 73 firqəyə bölünmədinmi?! Elə düşünmək olardı ki, bu parçalanma İslamı sarsıdar. Əslində isə belə olmadı. Bu parçalanmalar İslama münasibətdə heç bir şəkk-şübhə yarada bilmədi.

İkincisi, həmin dövrün siyasi təzyiqləri nəticəsində imamın dünyaya gizli gəlişinin müxtəlif münasibətlərlə üzləşməsi təbiidir.

Üçüncüsü, Şeyx Müfidin dediyinə əsasən, şiə cəmiyyəti çox keçməmiş həzrət Mehdinin (ə) mövludu ilə bağlı yekdil qərara gəldi. Alim deyir: “Həmin firqələrdən hazırda, hicri 373-cü ildə 12 imamçı şiə firqəsindən başqa firqə qalmamışdır...”1

Bəzilərinin həzrət Mehdinin (ə) mövludunu inkar etməsi əhli-beytin nəzərindən yayınmamışdır. Bu səbəbdən də uyğun məsələyə rəvayətlərdə işarə olunmuşdur. Şeyx Səduq səhih sənəd əsasında imam Musa (ə) ibn Cəfərdən (ə) belə nəql edir: “Sahibəzzaman o kəsdir ki, onun haqqında “hələ doğulmamışdır” deyilər.”2



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin