Sual: 144. Şəkk-şübhəni aradan qaldırmaq üçün alimlər və səhabələr hansı işləri görmüşlər?
Cavab: Şübhəsiz ki, həzrət Mehdinin (ə) qeybindən sonra kütlə arasında şəkk-şübhə rəvac tapmışdır. Çünki xalq öz imamını görmürdü. Amma alimlərin və səhabələrin fədakarlığı sayəsində bu şübhə aradan qaldırıldı. Uyğun istiqamətdə görülən işlərdən biri münasib kitabların tərtibi idi. Bu kitablar arasında Məhəmməd ibn İbrahim Nemaninin “Əl-ğeybət”, Əli ibn Babәvеyh Qumminin “Əl-imamət vəl-təbsirə minəl-heyrət”, Məhəmməd ibn Əli ibn Babәvеyhin “İkmalud-din və itmamun-nemət”, Şeyx Tusinin “Əl-ğeybət” kitabları diqqəti cəlb edir. Əli ibn Babәvеyh öz kitabı haqqında deyir: “Mən bu kitabda şəkk-şübhəni aradan qaldıra biləcək xəbərlər topladım...”1