Sual: 152. İmamiyyə böyükləri imam Əsgərinin (ə) vəfatından sonra həzrət Mehdinin (ə) mövludunu yekdilliklə qəbul etmişdirmi?
Cavab: Bəli, imam Həsən Əsgərinin (ə) vəfatından sonra səhabələr və imamiyyə şiə başçıları imam Mehdi (ə) mövluduna münasibətdə yekdil rəydə olmuşlar. İlkin vaxtlarda bu mövluda şəkk-şübhə ilə yanaşanlar vardısa, qısa bir müddətdən sonra alimlərin səyləri nəticəsində əsrin imamına möhkəm bir etiqad yarandı. “Əl-füzulul-muxtarə” kitabında Şeyx Müfid belə deyir: “Hicri 373-cü ildə yalnız 12 imamçı şiə firqəsi qalmışdı. Onlar imam Əsgərinin (ə) həzrət Peyğəmbərin (s) adını daşıyan övladının imamətinə inanırdılar, onun sağ olmasını qəbul edirdilər. Həzrət Mehdinin (ə) bir zaman qiyam edəcəyinə kimsə şübhə etmirdi...”1