Sual: 163. Nə üçün peyğəmbərlərin və imamların bəzi övladları yolunu azır?
Cavab: Əvvəla, Cəfər imam övladı olsa da, ana tərəfdən zəmanət almamışdır. Aydın məsələdir ki, məsum imamlar həm ata, həm də ana tərəfdən pakdırlar. Onların övladları haqqında bu sözü demək olmaz. Bu səbəbdən də peyğəmbər və imamların bəzi övladları yolunu azmışdır.
İkincisi, olsun ki, peyğəmbərlərin və imamların həyatında bəzi problemlərin yaranması onların ilahiləşdirilməməsi məqsədini daşıyır.
Sual: 164. İmam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsi caizdirmi?
Cavab: Əhməd ibn Katib iddia edir ki, imam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsinin mümkünsüzlüyü zəif məlumatdır və həmin vaxt bu məsələ icma tərəfindən qəbul olunmamışdır...
Mütəvatir məlumatlar əsasında şiə məzhəbində qəbul olunmuşdur ki, imam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamət iki qardaşa ötürülə bilməz.
İsmail ibn Əli Növbəxti deyir: “İmamlardan nəql olunmuş mütəvatir xəbərlərdən bildirdik ki, Həsən (ə) və Hüseyndən (ə) sonra yalnız imamın övladı imam ola bilər.”1
Əşəri Qummi və Əli ibn Həsən Növbəxti də bu əqidədə olmuşdur.
Məsələnin aydınlaşması üçün bəzi rəvayətlərə nəzər salaq:
Kuleyni səhih sənədə əsasən imam Sadiqdən (ə) belə nəql edir: “Həsən və Hüseyndәn sonra heç vaxt iki qardaş imam olmayacaq.”2
Digər bir səhih sənədə əsasən imam Sadiqdən (ə) belə nəql olunur: “Həsən və Hüseyn sonra iki qardaş imamətə çatmaz.”3
İsmail ibn Bəzh nəql edir ki, imam Rizadan (ə) belə sual olundu: “İmamət əmi və ya dayıya keçirmi?” Həzrət buyurdu: “Xeyr.” Ərz olundu: “İki qardaşa necə?” Həzrət buyurdu: “Xeyr”.4
Sual: 165. Şiələr imam Əsgərinin (ə) şəhadətindən sonra Cəfərə başsağlığı verdilərmi?
Cavab: Əhməd Katib deyir: “Əbül-Ədyandan nəql olunmuş hədisə əsasən şiələr imam Əsgərinin (ə) vəfatından sonra Cəfərə başsağlığı verib, onun imamət məqamını təbrik etdilər.”
Bəs əslində necə olub?
1. Əbül-Ədyanın nəql etdiyi hədisə nəzər saldıqda görürük ki, Əhməd Katib bu hədisdən düzgün nəticə çıxarmamışdır. Əbül-Ədyan deyir: “Qəfildən imam Əsgərinin (ə) qardaşı Cəfəri həyətdə gördüm. Şiələr onun ətrafında cəmləşib başsağlığı verir, təbrik edirdilər.” Hədisdən yalnız bu aydın olur ki, həzrət Mehdinin (ə) imamətindən xəbərsiz şiələr Cəfərin imamətə çatdığını güman etmişlər.
2. Əhməd Katib iddia edir ki, Cəfəri təbrik edənlər arasında imam Mehdinin (ə) birinci naibi Osman ibn Səid də olmuşdur. Hansı ki, hədisdə bu şəxsin adı çəkilmir. Bir daha məlum olur ki, Əhməd Katib hansısa məqsədlə yalan danışır... Əbül-Ədyanın rəvayətlərinə müraciət etdikdə görürük ki, Cəfər öz iddiasında yalançı olmuşdur. Əbül-Ədyan deyir: “Həzrətin qapısına çatdığım vaxt gördüm ki, onu kəfənə bükmüşlər. Cəfər cənazəyə namaz qılmaq üçün önə keçdi. Namazın təkbirini demək istədiyi vaxt pərdənin arxasından çıxan uşaq Cəfərin əbasını çəkdi və buyurdu: “Kənara çəkil, əmi. Atamın namazını qılmağa mən daha layiqəm.” Cəfər rəngi qaçmış vəziyyətdə kənara çəkildi. Uşaq qabağa keçdi və imam üçün cənazə namazı qıldı. İmam atasının qəbrinin yanında dəfn olundu. Sonra körpə buyurdu: “Ey Bəsri! Səndəki məktubun cavabını mənə ver.” Mən də onu həzrətə verdim...”1
Sonra Əbül-Ədyan belə deyir: “Cəfəri belə görüb öz-özümə dedim: Əgər bu (Cəfər) imamdırsa, demək, əslində imamət batildir. Çünki, mən onu şərab içən, qumar oynayan, tənbur çalan görmüşəm...”2
Dostları ilə paylaş: |