Bismillahir-Rəhmanir-Rəhim


Sual: 170. Körpədə inkişaf etmiş düşüncə ola bilərmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə146/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   142   143   144   145   146   147   148   149   ...   410
Sual: 170. Körpədə inkişaf etmiş düşüncə ola bilərmi?

Cavab: Əqli inkişaf üçün hansısa yaş müəyyənləşməmişdir. Bəzilərində bu inkişaf beş yaşında müşahidə olunur. Bəli, Allah Öz qüdrəti ilə körpəyə kamil düşüncə əta edə bilər.

Əllamə Hilli deyir: “Uşağın xarakterində ata-ananın məhəbbətinə ehtiyac var. Körpənin ata-anadan uzaqlaşıb Allah-tәalaya üz tutması ondakı düşüncənin kamilliyini göstərir.”

Alim sözünün davamında yazır: Düşüncə ilə bağlı işlər və ilahi vəzifələr uşaq təbiətinə uyuşmur. Uşaq xaraktercə oyuna, əyləncəyə meyllidir. Əgər bir uşaq təbiətinə uyğun olmayan işlərə meyl göstərirsə, bu onun düşüncə baxımdan inkişafını göstərir.”2

Səfvan ibn Yəhya deyir: “İmam Riza (ə) imam Cavadı (ə) imamət məqamına təyin etdiyi vaxt onun yaşı üçdən çox deyildi. Ona ərz etdim: “Sənə fəda olum! Övladının üç yaşı yoxdurmu?” Həzrət buyurdu: “Bir halda ki, İsa üç yaşında Allahın höccəti olub, bunun eybi yoxdur.”3

İmam Cаvada (ə) ərz etdilər: “Sizin yaşınız az olduğu üçün xalq imamət məqamınızı inkar edir.” Həzrət buyurdu: “Allah öz rəsuluna buyurub: “Ey mənim rəsulum! Ümmətə de ki, mənim və mənə tabe olanların yolu xalqı bəsirətlə Allaha doğru dəvət etməkdir.” And olsun Allaha! Həmin vaxt ona doqquz yaşlı Əlidən (ə) başqası tabe olmadı. Mənim də doqquz yaşım var.”4


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin