Sual: 174. Əvvəlki imamlar körpə yaşında imaməti mümkün saymışdırmı?
Cavab: Uşaq yaşında imamətə çatmış hər bir məsum haqqında özündən öncəki imamın buyuruqları var.
a) İmam Cavad (ə) haqqında – Məhəmməd ibn Əbu-Nəsr deyir: Nəccaşinin övladı mənə dedi: “Sahibindən sonra imam kimdir?” İmam Rizanın (ə) yanına gedib Nəccaşinin sualını ona ərz etdim. Həzrət buyurdu: “İmam mənim övladımdır.”1
b) Həzrət Mehdinin (ə) imamlığı – Məhəmməd ibn Əli ibn Bilal deyir: Vəfatından iki il öncə imam Əsgəri (ə) tərəfindən məktub aldım. Bu məktubda imam öz canişini haqqında xəbər verirdi. Vəfatından üç gün öncə də başqa bir məktub gəldi. Bu məktubda imam özündən sonrakı canişinini tanıtdırırdı.”1
Əmr Əhvazi deyir: İmam Əsgəri (ə) övladını mənə göstərib buyurdu: “O, məndən sonra sizin sahibiniz və imamınızdır.”2
Həmidan Qalansi deyir: “Əmriyə ərz etdim: İmam Əsgəri (ə) dünyasını dəyişibmi?” Buyurdu: “Bəli, amma özündən sonra canişin təyin edib.”3
Dostları ilə paylaş: |