Sual: 175. Şəriət uşağa mülkünü sərf etmək icazəsi verməyibsə, onun imamlığı necə mümkün olar?
Cavab: Bəziləri iddia edirlər ki, insan körpə yaşında imamət məqamına çata bilməz. Onlar dəlil olaraq “Nisa” surəsinin 6-cı ayəsini göstərirlər. Bu ayədə göstəriş verilir ki, yetimlər yalnız yetkinlik həddinə çatdıqda mülklərini sərf edə bilərlər. İddia olunur ki, mülkündən istifadə etmək haqqı olmayan uşaq imamət məqamına çata bilməz.
Bu sayaq sualları doğuran dindən yetərincə məlumatlı olmamaqdır. Sübut göstərilən ayə xüsusi ünvanlıdır və məsum imamlara aid deyil. Allah əqli və nəqli dəlillərə əsasən, məsumların imamətini sübut etmişdir. Bu səbəbdən də yetimlər haqqındakı hökm azyaşlı imama tətbiq olunmamalıdır. Şübhə yox ki, bu ayə ağıl baxımından yetkinləşməmiş insanlara aiddir. Əhli-beyt (ə) imamları uşaq yaşından kamala çatdıqlarından onların hər hansı mülkün sərfində problemləri yoxdur.4
Qeyd etməliyik ki, yetimlərə münasibətdə müəyyənləşdirilmiş bu qadağanın əsl səbəbi onların ağıl baxımından qeyri-yetkin olmasıdır. Aydın olur ki, bir insan yetkinlik yaşına baxmayaraq ağıl baxımından yetkinləşməsə, mülkünü özbaşına sərf edə bilməz. Demək, ayədə yaş yox, ağıl səviyyəsi nəzərdə tutulur. Məsum imamlarda isə belə düşüncə uşaq yaşlarından mövcuddur.
Dostları ilə paylaş: |