Bismillahir-Rəhmanir-Rəhim


Sual: 182. Əhli-beyt (ə) azyaşlı məsumların imaməti üçün zəmin hazırlamışdırmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə158/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   154   155   156   157   158   159   160   161   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 182. Əhli-beyt (ə) azyaşlı məsumların imaməti üçün zəmin hazırlamışdırmı?

Cavab: Rəvayətlərə müraciət etdikdə görürük ki, bu sahədə Əhli-beyt (ə) əlindən gələni etmişdir. Onların əsas fəaliyyət istiqamətlərindən biri uşaq yaşında imamətin mümkünlüyünü sübuta yetirmək olmuşdur.

Müqəddəsi Şafei “Əqdud-durər” kitabında imam Baqirdən (ə) belə nəql edir: “Aramızda ən az yaşı olanlar imamət və xilafət məqamına seçilər.”1


Sual: 183. İmam Əsgəri (ə) öz övladının imamətini sübut etmək üçün hansı tədbirləri gördü?

Cavab: Həzrət bu istiqamətdə bir sıra işləri həyata keçirdi:

1. Təlimat və bəyanat – Musa ibn Cəfər ibn Vəhəb Bаğdadi deyir: “İmam Əsgəridәn (ə) belə eşitdim: “Sanki canişinimlə bağlı ixtilaf edəcəyinizi görürəm. Agah olun! Hər kəs peyğəmbərdən sonrakı imamları qəbul edib mənim övladımı inkar etsə, bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar etmiş kimidir...”1

Əhməd ibn İshaq deyir: “İmam Həsən Əsgəridәn (ә) belə eşitdim: “Həmd olsun mən dünyadan köçməmiş canişinimi tanıtdıran Allaha!”2

Mövludundan üç gün sonra atası imam Əsgəri (ə) həzrət Mehdini (ə) səhabələrinə təqdim edib buyurdu: “Bu övladım məndən sonra sizin imamınız və mənim xəlifəmdir. Xalq bu qaimin intizarını çəkəcək...”3

2. Yaxın adamlara həzrət Mehdinin (ə) göstərilməsi – Əhməd ibn İshaq ibn Səd Əşəri deyir: “Canişini haqqında soruşmaq üçün imam Əsgərinin (ə) yanına getdim. Həzrət öncə belə buyurdu: “Ey Əhməd ibn İshaq! Allah Adəmdən başlamış qiyamət gününədək yer üzünü heç vaxt höccətsiz qoymaz. Höccət vasitəsi ilə yer üzündən bəla götürülər, onun vasitəsi ilə yağış yağar, yer bərəkətə çatar.” Ərz etdim: “Ey peyğəmbər övladı! Sizdən sonra imam və xəlifə kimdir?” Həzrət dərhal qalxdı və o biri otağa daxil oldu. Çox keçməmiş çiynində ay parçası tək işıq saçan, təqribən üç yaşlı bir körpə bayıra çıxdı və buyurdu: Ey Əhməd ibn İshaq! Əgər Allah və Onun höccəti yanında kəramətin olmasaydı, bu övladı sənə göstərməzdim...”4

Şeyx Səduq Əbu-Ğanim-Xadimdən belə nəql edir: Allah imam Əsgəriyə (ə) bir övlad əta etdi və buyurdu ki, onun adı Məhəmməd qoyulsun. İmam mövluddan üç gün sonra onu səhabələrinə göstərib buyurdu: “Bu, sizin sahibiniz və imamınız, məndən sonra xəlifənizdir...”5

Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh, Məhəmməd ibn Osman Əmri deyirlər: “Biz qırx nəfərlə birlikdə imam Əsgərinin (ə) mənzilində idik. Həzrət öz övladını bizə göstərib buyurdu: “Bu, məndən sonra sizin imamınız və xəlifənizdir. Ona itaət edin və məndən sonra parçalanmayın, yoxsa həlak olacaqsınız. Bilin ki, bundan sonra onu görməyəcəksiniz...”6

Yəqub ibn Mənquş deyir: İmam Əsgərinin (ə) yanında olduğum vaxt qapısından pərdə asılmış otağı görüb soruşdum: “Ey mənim ağam! Sizdən sonra imam kimdir?” Buyurdu: “Pərdəni kənara çək.” Pərdəni kənara çəkdim və xüsusi səciyyələrə malik bir körpə gördüm. O yaxınlaşıb imam Əsgərinin (ə) qucağında oturdu. Həzrət buyurdu: “Bu, məndən sonra sizin sahibiniz, imamınızdır...”1



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin