Sual: 184. Həzrət Mehdi (ə) körpə ikən öz imamətinin sübutu üçün nə etdi?
Cavab: Həzrət Mehdi (ə) öz imamətinin şiə cəmiyyətinə sübutu üçün bir sıra işlər gördü:
1. Möcüzələr və kəramətlər – öncə Əbül-Ədyandan nəql etdiyimiz əhvalatda deyilirdi: “İmam Əsgəri (ə) vəfat edən vaxt bir uşaq qabağa çıxıb imamın cənazəsinə namaz qıldı. Sonra imam atası ilə yanaşı dəfn olundu. Bu körpə (həzrət Mehdi (ə)) mənə buyurdu: “Ey Bəsri! Yanındakı məktubu mənə ver. Məktubları həzrətə təqdim etdim. Gördüyüm bu iki nişanə uşaqdakı imamət nişanələridir...”
Əbül-Ədyan deyir: Xadim bayıra çıxdı və dedi: “Filan məktublar var, xurcunlarınızda 1010 dirhəm var.” Oradakılar məktubları və dinarları ona verib dedilər: “Səni bu işçün göndərən həqiqətən imamdır...”2
2. Məsələlərin cavablandırılması – həzrət Mehdi (ə) öz nümayəndələri vasitəsi ilə xalqın suallarına cavab verirdi. Onun verdiyi cavablar imamətinin digər bir sübutu idi. Mənbələrdə Həzrət Əhməd ibn İshaq Əşəriyə, İshaq ibn Yəquba, Həmiriyə, Məhəmməd ibn İbrahim Məhzyara, Əbul-Hüseyn ibn Məhəmməd Əsədiyə verdiyi cavablar nəql olunur.
Dostları ilə paylaş: |