Bismillahir-Rəhmanir-Rəhim


Sual: 14. Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var? Cavab



Yüklə 1,7 Mb.
səhifə16/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   12   13   14   15   16   17   18   19   ...   410
Sual: 14. Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?

Cavab: Bəziləri düşünürlər ki, elm və texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur...

Əslində isə elm və texnika əsrində bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm və texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində iş tamam başqa cürdür.

Bugünkü elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Nə üçün belə olub? Belə cavab vermək olar ki, elm həqiqətən də, çıraq, işıqdır. Əsas məsələ odur ki, bəşəriyyət bu çıraqdan hansı yolda istifadə edir. Öz məqsədinə çatmaq üçün elm və texnikadan yararlanan bəşəriyyətin məqsədi nədir? Əgər bəşəriyyət yanlış bir yol tutarsa, bu çıraq ona nə dərəcədə faydalı ola bilər? Elm insana doğru yol göstərməkdə acizdir. Bu dinin işidir. Elm insan və onun meyllərindən savay hər şeyə hakim ola bilir.

Vil Dorant texnika əsrinin insanı haqqında deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”1 Elm və texnika əsrinin insanı öz qəzəb və şəhvət baxımından qədim insanlardan fərqlənmir. Elm insanı azğın nəfs istəklərindən xilas edə bilməmişdir!



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin