Bismillahir-Rəhmanir-Rəhim


Sual: 187. Təkvini vilayətin hansı nəticələri var? Cavab



Yüklə 1,7 Mb.
səhifə162/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   158   159   160   161   162   163   164   165   ...   410
Sual: 187. Təkvini vilayətin hansı nəticələri var?

Cavab: “Misbahul-Şəriət” kitabında deyilir: “Bəndəlik və Allaha yaxınlıq məqamı bir gövhərdir. Bunun nəticəsində insan böyük qüdrət və bacarıq əldə edir.”1

İlahi yaxınlıq məqamının bir sıra təsirləri var. Onlardan bəzilərini nəzərdən keçirək:

1. Nəfsə hakimlik – Allah-tәala buyurur: “Namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırır.”2

2. Xüsusi baxış – İlahi yaxınlıq məqamının səciyyələrindən biri budur ki, insan qəlb səfası sayəsində xüsusi baxış əldə edir. O bu baxışla haqqı batildən seçir və heç vaxt azmır.

Quran buyurur: “Ey iman gətirənlər, əgər pəhrizkar olsanız, Allah sizə bir güc verər ki, bu güclə haqqı batildən seçərsiniz.”3

3. Xülyalardan uzaqlıq – Bəndəlik yolunu gedənlər qazandıqları təkamül və qüdrət vasitəsi ilə bütün yayındırıcı fikirlərə, xülyalara qalib gəlir, ibadət vaxtı Allahdan qeyrisi haqqında düşünmürlər.

Əbu-Əli Sina deyir: “İbadət düşüncə qüvvələrinin tərbiyə növüdür. Allah qarşısında təkrarlanan ibadət insanın fikrini maddi aləmdən çəkib ərş aləminə yönəldir. İbadət nəticəsində düşüncə qüvvəsi ilahi fitrətə təslim olur və mütiləşir.”4

4. Nəfsə qələbə - Təbiət aləmində ruh və bədən arasında qarşılıqlı ehtiyac mövcuddur. Amma bəzən ruh kamillik sayəsində ilahi yaxınlıqdan faydalanaraq bədəndən ehtiyacsız olur.

5. Təbiət aləminə müdaxilə - İbadət və ilahi yaxınlıq sayəsində nəinki insan bədənin hakimiyyətindən çıxır, hətta təbiət aləmi onun qarşısında mütiləşir. Allahın izni ilə belə bir insan təbiətin işlərinə qarışır, ondan bir sıra möcüzələr və kəramətlər görünür.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin