Sual: 188. İmamın təkvini vilayəti ola bilərmi?
Cavab: Məsum imamların, o cümlədən, həzrət Mehdinin (ə) təkvini vilayətini bir neçə müqəddimə ilə sübut etmək olar.
a) Quran Asəf ibn Bərxiya haqqında deyir: “Kitabdan biliyi olan kəs dedi: “Bir göz qırpımında onu sənin yanına gətirəcəyəm. (Süleyman) Onu (taxtı) öz yanında dayanmış görüb dedi: “Bu Rəbbimin fəzlindəndir.”1
b) Digər ayələrdən məlum olur ki, Allah və kitabdan tam xəbərdar bir qrup peyğəmbərlə xalq arasında şahiddir. Allah-tәala buyurur: “Allahın və kitabdan elmi olanın Mənimlə sizin aranızda şahid olması kifayətdir.”2
v) Quranda bu da bildirilir ki, Quran maarifinin mahiyyətini bilən yalnız pak insanlardır: “Paklardan qeyriləri onu əldə edə bilməzlər.”3
q) Quran “mutəhhərun” (“paklar”) təbirini özü açıqlayıb peyğəmbərlə birlikdə onun əhli-beytini nümunə göstərir. Buyurulur: “Həqiqətən, Allah siz peyğəmbər ailəsindən bütün çirkinliyi uzaqlaşdırmaq istəyir...”4
d) Ayədəki “əhli-beyt” ünvanını tanımaq üçün rəvayətlərə müraciət etmək lazımdır. Quranda buyurulur: “Sənə Quran göndərdik ki, göndəriləni ümmətə bəyan edəsən.”5
j) Şiə və sünni rəvayətlərinə müraciət etdikdə görürük ki, “Təthir” ayəsində “əhli-beyt” dedikdə həzrət Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulmuşdur.6
Belə bir nəticə əldə edirik ki, təkvini vilayət paklara əta edildiyindən və peyğəmbər əhli-beyti ən üstün paklıq nümunəsi olduğundan təkvini vilayətdən bəhrələnmişdir.
Bürəydə ibn Müaviyə deyir: “İmam Baqirdən (ə) “Rəd” surəsinin 43-cü ayəsi haqqında soruşdum. İmam buyurdu: “Ayədə yalnız biz nəzərdə tutulmuşuq. Peyğəmbərdən sonra ən fəzilətlimiz və üstünümüz Əlidir (ə).”7
Dostları ilə paylaş: |