Sual: 189. “Təkvini vilayət” “təfviz” (işin tapşırılması) deyilmi?
Cavab: Bəziləri elə güman edir ki, imamın təkvini vilayəti dünya işlərinin bütövlükdә imama tapşırılmasıdır. Belə bir əqidə tövhid əqidəsinə uyğun deyil. Quran yəhudiləri məhz bu sayaq əqidələrinə görə məzəmmət edir.1
Tövhid əqidəsini və Allahın iradəsi olmadan işlərin mümkünsüzlüyünü nəzərə alaraq təkvini vilayət haqqında belə demək olar:
Əvvəla, imam yalnız müəyyən işlərə qatışa bilər.
İkincisi, imamın qatıldığı təkvini işlər də digər işlər kimi Allahın iradəsindən asılıdır.
Dostları ilə paylaş: |