Sual: 190. Təkvini vilayət yalnız Allaha aiddirmi?
Cavab: Bəziləri iddia edirlər ki, Quran ayələri təkvini vilayətin yalnız Allaha aid olduğunu bildirir.
Qurani-Kərimdə buyurulur: “Onlar özlərinə Allahdan qeyrisini “vəliyy” seçdilər?! Hansı ki, “vəliyy” yalnız Allahdır. Odur ölüləri dirildən və Odur hər işə qadir.”2
Digər bir Quran ayəsində buyurulur: “Sizin üçün Allahdan başqa “vəliyy” və yardımçı yoxdur.”3
Bu və digər ayələrdən məlum olur ki, vilayət (vəlilik) əslində yalnız Allaha aiddir. Başqaları yalnız Allaha yaxınlıq və Onun izni ilə bu məqamdan bəhrələnə bilər.
“Maidə” surəsində oxuyuruq: “Sizin vəliniz yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlərdir. Onlar ki, namazı bərpa edir, rüku halında zəkat verirlər.”4
“Təhrim” surəsində oxuyuruq: “Onun ziddinə əl-ələ versəniz (bacarmazsınız). Çünki Allah onun vəlisidir, həmçinin Cəbrail, saleh möminlər və mələklər ona arxa dururlar.”5
Dostları ilə paylaş: |