Bismillahir-Rəhmanir-Rəhim


Sual: 191. Əgər imamın təkvini vilayəti varsa, nə üçün zəruri məqamlarda bu imkandan istifadə etmir? Cavab



Yüklə 1,7 Mb.
səhifə166/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   162   163   164   165   166   167   168   169   ...   410
Sual: 191. Əgər imamın təkvini vilayəti varsa, nə üçün zəruri məqamlarda bu imkandan istifadə etmir?

Cavab: Bəziləri deyirlər ki, əgər imamların təkvini vilayəti, möcüzə göstərmək imkanı varsa, nə üçün zəruri məqamlarda bəlanı özlərindən uzaqlaşdırmaq, düşməni zərərsizləşdirmək üçün bu imkanlardan istifadə etmirlər?

Əvvəla, zərərli olduğunu düşündüyümüz bir çox işlər əslində bizə xeyirdir. Əksinə, bir çox işləri xeyirli bildiyimiz halda bu işlər bizə zərər yetirir. Allah təkvini vilayəti məsləhət bildiyi kəsə verir. İmamın çətinlik zamanı həmin məqamdan istifadə etməməsində, şübhəsiz ki, hikmət var. Bizim zahirinə baxıb xeyir saydığımız bir iş zərərli də ola bilər.

Quran buyurur: “Sizin üçün Allah yolunda cihad müəyyənləşdi – bir halda ki, sizə xoş gəlməz. Nə çox xoşlamadığınız, amma xeyrinizə olan şeylər. Bəzən də zərərinizə olan şeyi dost tutursunuz.”1

Digər bir ayədə buyurulur: “Xoşlamadığınız bir çox işlər ola bilər ki, Allah həmin işdə böyük xeyir müəyyənləşdirib.”2 İkincisi, imam ilahi müqəddərata təslim olduğundan Allahın iradəsinə qarşı heç bir vasitədən istifadə etmir.

Üçüncüsü, Allahın övliyaları bu sınaq dünyasında imkan həddində möcüzədən istifadə etməməyə çalışırlar.

Dördüncüsü, məsum şəxs heç vaxt şəxsi mənafeyi naminə təkvini vilayətdən istifadə edib, ilahi müqəddərata qatışmır. Məsumlar yalnız bəşəriyyətin xeyiri istiqamətində və Allahın iradəsinə uyğun şəkildə səy göstərirlər.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin