Sual: 194. İlahi inayət imam Mehdinin (ə) varlığına dəlil sayılırmı?
Cavab: Həzrət Mehdinin (ə) vücudunu təsdiqləyən dəlillərdən biri ilahi inayətdir.
“İnayət” sözünün lüğət mənası iradə və məqsəddir. Danışıq dilində isə bu söz müxtəlif mənalarda işlədilir.
Şeyx İşraq deyir: “İnayət dedikdə Haqq-taalanın külli nizamın necəliyini əhatəsi nəzərdə tutulur...”1
Fəxr-Razi deyir: “İnayət” dedikdə əşyanın ən kamil şəkilə düşməsi üçün hansı halda olmasından Allahın xəbərdarlığı nəzərdə tutulur.”2
Sədrul-Mutəllihin deyir: “Hikmət sahiblərinin “inayət” adlandırdığı həqiqət mövcud nizamın qaynağıdır. Demək, mövcud aləm nəhayətdə mümkün bir fəzilətdir.3
İnayət dəlili vasitəsi ilə imamın mövcudluğunu iki bəyanla sübuta yetirmək olar:
1. Varlıq nizamı mümkün olan ən üstün nizamdır. Şübhəsiz ki, Məsum imam olmadan bu nizam yetkinliyə çata bilməz. Bu səbəbdən də imamın mövcudluğu zərurətdir.
2. Allah-tәala hər bir mövcudun kamala çatması üçün bu dünyada zəruri olan vasitələr qoymuşdur. Şübhəsiz ki, insan istisna deyil. Necə ola bilər ki, insanın mənəvi yönümü nəzərdə tutulmasın?!
Dostları ilə paylaş: |