Sual: 195. Həzrət Mehdinin (ə) mövcudluğu fitrət yolu ilə sübuta yetirilirmi?
Cavab: Bəzi müqəddimələrə ehtiyac var:
1. Psixoloqlar insanın fitri meyllərini üç qismə bölür: dostluq kimi şəxsi meyllər; insanın insana məhəbbəti kimi ictimai meyllər; həqiqətpərəstlik, dindarlıq, pərəstiş, kamala yüksəliş kimi ali meyllər.
2. Mütləq kamala və həqiqi məbuda çatmaq üçün vasitəyə ehtiyac var. İnsan öz daxilində bələdçiyə ehtiyac duyur.
3. Əgər fitrətdə bir şeyə ehtiyac duyulursa, bu şey hökmən xarici aləmdə mövcuddur. Xarici aləmdə olmayan bir şey fitrət tərəfindən tələb oluna bilməz. Başqa sözlə, insanın məsum və kamil bir bələdçiyə ehtiyacı onun içindən gəlir. Bu ehtiyac məsum imam olmadan ödənə bilməz. Biz sözlə, insanın mütləq kamala çatması üçün yetərli vasitənin olması zəruridir.
Əgər soruşulsa ki, bu meyl insanda necə yaranır, cavab verə bilərik ki, ağıl və düşüncə varlıq aləmində feyz vasitəsinin olmasını qəbul edirsə, insanda bu vasitəyə meyl təbiidir. Bu səbəbdən də kamil insan daim xarici vücuda malik olmalıdır.
Dostları ilə paylaş: |