Bismillahir-Rəhmanir-Rəhim


Quran baxımından həzrət Mehdinin (ə) varlığı



Yüklə 1,7 Mb.
səhifə182/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   178   179   180   181   182   183   184   185   ...   410

Quran baxımından həzrət Mehdinin (ə) varlığı


Sual: 207. “Qədr” surəsinin ayələri imam Mehdinin (ə) vücudunu təsdiqləyirmi?

Cavab: “Qədr” surələrində bildirilir ki, mələklər hər ilin qədr gecəsi yerə enirlər.

“Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və ruh həmin gecə Rəbbinin izni ilə hər işdən ötrü nazil olar. Bu gecə sübh ağartısınadək salamatlıqdır.”1

“Duxan” surəsində də bu məsələyə işarə olunur: “Ha, mim. And olsun bu aydın kitaba ki, biz onu bərəkətli bir gecədə nazil etdik. Biz daim qorxudan olmuşuq. Həmin gecə hər bir iş hikmət əsasında tənzim (tədbir) olar.”2

Ramazan ayı qiyamət gününədək təkrarlanar. Qədr gecəsi də qiyamətə qədər davam edəsidir. Demək, mələklərin və ruhun gəlişi də hər qədr gecəsi təkrarlanır. Belə bir sual yaranır: “Hər qədr gecəsi yerə enən mələklər və ruh həzrət Peyğəmbərdən (s) sonra kimə nazil olur? Diqqətlə araşdırdıqda görürük ki, hər bir dövrdə kamil və məsum imam olmalıdır ki, mələklər və ruh ona nazil olsun. İmam Baqir (ə) buyurur: “Ey şiələr! “İnna ənzəlnahu” surəsinə sarılsanız, qalib gələcəksiniz. And olsun Allaha ki, bu surə, peyğəmbərdən sonra Allahın höccəti üçündür. Bu surə, həqiqətən, sizin dininizin təsdiqi, bizim elmimizin nəhayətidir. Ey şiələr! “Ha, mim, vəl kitabil-mubin” ayəsi haqqında danışın. Çünki bu ayələr peyğəmbərdən sonrakı əmr sahiblərinә aiddir...”3

Başqa bir məqamda İmam (ә) buyurur: “And olsun Allaha, həqiqətən, qədr gecəsini təsdiq edən şəxs bizə aid elmdən əldə edər...”4

Həzrət Əli (ə) ibn Abbasa buyurur: “Həqiqətən, hər ilin qədr gecəsi var. Həmin gecə bir ilin işləri nazil olar. (Bir ildə baş verəcək işlər müəyyənləşər.) Onun üçün peyğəmbərdən sonra vәlilər var.” İbn Abbas deyir: Ərz etdim ki, onlar kimlərdir? Həzrət buyurdu: “Mən və məndən olan on bir övladım hamısı imam və mühəddisdir.”5

Həzrət Peyğəmbər (s) səhabələrinə buyurmuşdur: “Qədr gecəsinə iman gətirin. Çünki o, Əli ibn Əbi-Talib və onun on bir övladı üçündür.”1


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin