Sual: 211. Hər bir dövrdə xalqın əməllərinə şahid olan şəxsin hansı xüsusiyyətləri olmalıdır?
Cavab: Quran ayələrinə əsasən, məsum höccətin bir sıra səciyyələri olmalıdır: Allahın höccəti insan növündən olmalıdır; hər dövrün bir höccəti ola bilər; höccətin elmi əhatəsi olmalıdır; Allahın kitabından xəbərdar olmalıdır.1
Əbu-Səid Xidri deyir: Həzrət Peyğəmbərdən (s) bu ayə haqqında soruşdum. O buyurdu: “O (höccət), qardaşım Əli ibn Əbi-Talibdir.”2
Sual: 212. “Nəzir” (qorxudan) ayəsi imamın vücudunu necə təsdiqləyir?
Cavab: Allah-tәala buyurur: “Hər bir ümmətin keçmişdə qorxudanı olub.”3
Ayədən məlum olur ki, hər bir dövrdə xalq arasında Allahın höccəti, hidayətçi olmuşdur.
İmam Baqir (ə) buyurur: “Ey şiələr! Allah-tәala buyurur ki, hər bir ümmətin qorxudanı olmuşdur.” Ərz olundu: “Ey Əba-Cəfər! Məgər bu ümmətin qorxudanı Məhəmməd deyilmi?” Həzrət buyurdu:“Bəli, düz deyirsiniz. Peyğəmbər olduğu gündən həyatı boyu bütün yer üzü üçün qorxudan olmayıbmı?!”4
Əli ibn İbrahimin təfsirində oxuyuruq: “Hər bir zaman üçün imam olmuşdur.”5
Dostları ilə paylaş: |