Sual:213. “Hidayət” ayəsi imamın mövcudluğunu necə təsdiq edir?
Cavab: Allah-tәala buyurur: “Xəlq etdiyimiz kəslərdən bir firqəsi hidayət olub haqqa dönər.”
Fəxr Razi ayənin təfsiri ilə bağlı deyir: “Ayədən məlum olur ki, heç bir zaman dönәmi qiyam qaldırıb xalqı hidayət edən şəxssiz olmamışdır.”6
Mirzә Məhəmməd Məşhədi “Kənzul-dəqaiq” təfsirində deyir: “Ayə hər bir dövrdə məsum şəxsin varlığını təsdiqləyir. Ayədə bildirilir ki, hidayətçilər xalqın bir hissəsidir və hər kəs məsum deyil.”7
Əbdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu: “Ayədə imamlar nəzərdə tutulmuşdur.”8
Dostları ilə paylaş: |