Bismillahir-Rəhmanir-Rəhim


İmam Mehdi (ə) haqqında şiə rəvayətləri



Yüklə 1,7 Mb.
səhifə190/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   186   187   188   189   190   191   192   193   ...   410

İmam Mehdi (ə) haqqında şiə rəvayətləri


Sual: 216. Şiə rəvayətləri imam Mehdinin (ə) varlığını necə sübuta yetirir?

Cavab: həzrət Mehdinin (ə) varlığını, o cümlədən mövludunu müxtəlif yollarla sübuta yetirmək olar. Bu yollardan biri mütəvatir (yetərli həddə çatmış) hədislərdir. Qısa bir müqəddimə ilə həmin yolu aydınlaşdıraq:

1-ci müqəddimə: Ərəstun məntiqinə əsasən mütəvatir xəbər dedikdə yanlışlığı mümkünsüz olan çoxsaylı cəmiyyətin xəbəri nəzərdə tutulur. Tərifdən aydın olur ki, mütəvatir xəbərin iki əsası var:

Çoxsaylı cəmiyyətin xəbəri; cəmiyyət elə bir sayda olmalıdır ki, onların yalan danışmaq üçün bir-biri ilə razılaşması mümkünsüz olsun. İmam Mehdinin (ə) mövcudluğunu təsdiqləyən hədislərin birinci əsası hiss və vicdan prinsipləri üzərində qurulmuşdur. Nəql edən tərəfin eşitdiyi və gözü ilə gördüyü çoxsaylı xəbərlər həzrət Mehdinin (ə) vücudunu təsdiqləyir.

İkinci əsasın “bədahət” (aşkar) olduğu bildirilir. Ərəstun məntiqinə əsasən mütəvatir xəbər altı “bədihi” (aşkar) mühakimədən biridir.

Mərhum şəhid Sədr bu əqidədədir ki, yəqinliyi yaradan Ərəstunun dediyi kimi mütəvatirliyin bədahət olması yox, ehtimalların hesabıdır. Nəql olunan hər bir xəbər məsələnin həqiqət olması ehtimalını artırır. Nəhayət, bu xəbərlər elə bir həddə çatır ki, insanda yəqinlik yaranır.

İkinci müqəddimə: Mütəvatir xəbərdə hər bir xəbər verənin adil olması zəruri deyil. Sadəcə, sübut olunmalıdır ki, həmin xəbərlər yalan deyil.

3-cü müqəddimə: Təvatir xəbər üç qisimdir:

1. Söz təvatiri: Bu təvatirdə müştərək mehvər bütün xəbərlərdə eyni ifadələrin işlədilməsidir.

2. Məna təvatiri: Burada müştərək mehvər xəbərlərdəki məna və məhdudiyyətdir.

3. İcmali təvatir: Burada müştərək mehvər hər hansı qəziyyədir. Məsələn, müxtəlif xəbərlərdə təkrarlandığından həzrət Əlinin (ə) şücaətinə əmin olduğumuz kimi, eyni yolla həzrət Mehdinin (ə) mövcudluğuna və mövluduna da əmin ola bilərik. Bu mövzuda rəvayətləri sənəd baxımından araşdırmağa ehtiyac yoxdur. Çünki mövzu ilə bağlı müxtəlif xəbərlərdən yəqinlik hasil olur. İmam Mehdinin (ə) varlığı və mövludu hamı tərəfindən qəbul olunan bir həqiqətdir.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin