Bismillahir-Rəhmanir-Rəhim


Sual: 229. 12 xəlifə hədislərini şiələr mötəbər sayırmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə202/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   198   199   200   201   202   203   204   205   ...   410
Sual: 229. 12 xəlifə hədislərini şiələr mötəbər sayırmı?

Cavab: Əhməd Katib deyir: “12 imamçı şiələrin nəql etdiyi hədislər əsassızdır və onları təsdiqləyən dəlil yoxdur. Bu hədisləri nəql edənlər də mötəbər deyil.”

Uyğun iddiaya cavab verək:

1. Həzrət Peyğəmbərdən (s) sonra 12 imamın olacağını xəbər verən rəvayətlər təvatir həddindәdir. Bildiyimiz kimi, mütəvatir hədis araşdırmasız qəbul olunur.

2. Şiə səhabələri və hədisçiləri bu hədisləri yekdilliklə qəbul edirlər. Bu özü də uyğun rəvayətlərin düzlüyünü təsdiq edən dəlildir.

Şəhid Sədr buyurur: “Bu rəvayətlər imamlar tərəfindən çox ehtiyatla nəql olunsa da, onların düzlüyünü yalnız çoxluq yox, başqa əlamətlər də təsdiqləyir. İmam Cavad (ə), Hadi (ə) və Əsgərinin (ə) müasiri olmuş Buxari bu hədisi nəql etmişdir. Bu çox mühüm nöqtədir. Uyğun hədis gerçəkləşməmiş, 12 imam düşüncəsi formalaşmamış bu həqiqət peyğəmbər tərəfindən təsbit olunmuşdur.”1

3. Uyğun mövzu ilə bağlı rəvayətləri araşdırdıqda səhih sənədə malik çoxsaylı hədislərlə rastlaşırıq. Bu hədislər mütəvatir həddə olmasa belə, istifadə olunacaq səviyyədədir. Xüsusi ilə Kuleyni rəvayətlərə xüsusi bir üslubda yanaşmışdır. O yalnız məsumlar tərəfindən nəql olunması əminlik yaradan hədisləri seçmişdir. Kuleyni və digər qədim alimlər daxili və xarici dəlillərlə təsdiqlənmiş hədisləri səhih sayırdı. Əsas dəlillərdən biri də həmin hədisin imamların öz dövründə nəql olunmuş hədislər arasında olmasıdır. Digər bir dəlil hədisin böyük səhabələr tərəfindən təsdiqlənmiş kitablarda nəql olunmasıdır.

Xarici dəlillərdən biri həmin hədislərin imamlar tərəfindən təsdiqlənmiş kitablarda nəqlidir. Məsələn, “Kitabi-səlim” imam Sadiq (ə) tərəfindən təsdiqlənmişdir.

Düzgünlük dəlillərindən biri də araşdırılan hədisin qədim alimlər tərəfindən etibarlı sayılmasıdır. Şeyx Kuleyni yalnız hədisi nəql edənlərin düzlüyünə yox, yuxarıda qeyd olunan meyara da müraciət etmişdir.

4. Katib bəzi rəvayətləri İbn əl-Ğəzairinin mövqeyinə istinadən zəif saymışdır. Hansı ki, onun kitabının düzlüyü sübuta yetməmişdir.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin