Sual: 238. Həzrət Peyğəmbər (s) həzrət Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
Cavab: Bəli, bir çox rəvayətlərdə bu mövzuya işarə olunmuşdur. İbn-Abbas həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Hüseyndən (ə), mənim məqsədim yolunda qiyam qaldırıb vəsiyyətimi hifz edəcək imamlar qərar verilmişdir. Onların Hüseyndən sonra 9-cusu Əhli-beytimin (ə) qaimi, ümmətimin Mehdisidir (ə). İnsanlar arasında görünüş, hərəkət və danışıq baxımından mənə ən çox oxşayan da odur. O uzun qeyb və azdırıcı heyrətdən sonra zühur edəcək. O, Allahın əmrini elan edib, onun dinini aşkarlayacaq...”1
Həzrət Əli (ə) həzrət Peyğəmbərdən (s) belə rəvayət edir: “Bir vaxt onların imamı Allah istəyi ilə qeybə çəkiləcək. Onun üçün iki qeyb dövrü müəyyənləşmişdir. Qeybin biri o birindən uzundur...”2
Cabir ibn Əbdüllah Ənsari Peyğəmbərdən (s) soruşmuşdur: “Övladlarınızdan qaim olan üçün qeyb varmı?” Həzrət buyurmuşdur: “Bəli, and olsun Allaha!” Sonra “Ali-İmran” surəsinin 141-ci ayəsini oxumuşdur.
Dostları ilə paylaş: |