Sual: 241. İmam Hüseyn (ə) övladı Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?
Cavab: Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir: “Övladlarımdan 9-cusunda Yusifin və Musanın sünnəsi var. O, biz Əhli-beytin (ə) qaimidir. Allah onun qiyamını bir gecədə gerçəkləşdirəcək.”2
Başqa bir rəvayətdə imam Hüseyn (ə) buyurur: “Bu ümmətin qaimi mənim 9-cu övladımdır. O, qeybə çəkilər...”3
Başqa bir məqamda imam buyurur: “Onun üçün bir qövmün mürtəd olacağı, digər bir qövmün öz dinində sabit dayanacağı qeyb dövrü var...”4
Dostları ilə paylaş: |