Sual: 242. İmam Səccad (ə) imam Mehdinin (ə) qeybi haqqında xəbər vermişdirmi?
Cavab: Şeyx Səduq imam Zeynəl-Abidinin (ə) (imam Səccadın) belə buyurduğunu nəql edir: “Həmin vaxt Allah-tәalanın vəlisinin, peyğəmbərin 12-ci vəsisinin qeybi başlayar. Ey Əba-Xalid! Həqiqətən, onun imamətinə iman gətirilən və intizarı çəkilən qeyb dövrü bütün dövrlərdən fəzilətlidir. Çünki, Allah-tәala onlara elə bir ağıl və düşüncə verər ki, qeybi hüzur kimi dərk edərlər...”5 Sual: 243. İmam Baqir (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
Cavab:Şeyx Səduq nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: Xalq üçün elə bir dövr gələr ki, onların imamı qeybə çəkilər. Xoş o insanların halına ki, həmin vaxt əmrimizdə sabitqədəm qalarlar. Həqiqətən, onlar üçün nəzərdə tutulmuş ən kiçik savab budur ki, Allah-tәala buyurar: “Ey mənim bəndələrim və kənizlərim! Mənim sirrimə iman gətirdiniz, Mənim qeybimi təsdiq etdiniz. Sizə Mənim tərəfimdən gözəl savabla müjdə olsun!”1