Bismillahir-Rəhmanir-Rəhim


Sual: 251. Həzrət Mehdi (ə) düşmənlərdən məxfi qalmaq üçün hansı tədbirlər gördü? Cavab



Yüklə 1,7 Mb.
səhifə220/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   216   217   218   219   220   221   222   223   ...   410
Sual: 251. Həzrət Mehdi (ə) düşmənlərdən məxfi qalmaq üçün hansı tədbirlər gördü?

Cavab: İmam Əsgərinin (ə) şəhadətindən sonra zalım hakimlər həzrəti öldürmək qəsdində olduqlarından, o, məxfi qalmaq üçün bir sıra tədbirlər gördü. Bu tədbirlərdən bəzilərini nəzərdən keçirək:

1. Həzrət özünü yalnız fədakar şiələrə göstərirdi.

2. Həzrət onunla görüşmüş şəxsə tapşırırdı ki, bu görüş gizli qalsın.

3. Həzrət Mehdinin (ə) adının (“Məhəmməd”) çəkilməsi haram edilmişdi. Bu səbəbdən də həmin dövrdə imam “Qaim”, “Qərim”, “Höccət”, “”Nahiyə”, “Sahibəz-zaman” və başqa adlarla yada salınırdı.1

4. Həzrət xilafət və onun valilərindən məxfi yaşayırdı.

5. Həzrət tez-tez yerini dəyişir, kimsənin diqqətini cəlb etmirdi. Həzrətin yeri ilə bağlı verilən məlumatların ziddiyyətli olması bu səbəbdəndir.

6. Vəkillər və ya səfirlər imamla elə bir şəraitdə görüşürdü ki, kimsə bundan xəbər tutmurdu.

7. Həzrət öz vəkillik və nümayəndəliyini ən xalis və fədakar insanlara tapşırırdı. Onlar həzrətin məkanı və xüsusiyyətləri ilə bağlı kimsəyə məlumat vermirdilər. Əbu-Səhl Növbəxtiyə belə bir sual verirlər: “Nə üçün imam nümayəndəliyə sizi yox, Hüseyn ibn Ruhu seçdi?” O belə cavab verir: “Hüseyn ibn Ruh elə bir şəxsdir ki, imam onun əbası altında olsa, tikə-tikə doğransa da, səsini çıxarmaz.”2



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin