Sual: 253. Osman ibn Səidin səfirliyini təsdiqləyən rəvayətlərin sənədi zəifdirmi?
Cavab: Əhməd Katib deyir: Osman ibn Səidin imam Mehdi (ə) üçün səfirliyinin imam Əsgəri (ə) tərəfindən elan olunmasını bildirən rəvayətin sənədi zəifdir. Çünki bu rəvayətlər Nəccaşi və İbn Əl-Ğəzairi tərəfindən rədd olunmuş Cəfər ibn Məhəmməd ibn Malik Fərazi tərəfindən nəql edilmişdir. Bəs həqiqətdə necədir?
1. Cəfər ibn Məhəmməd ibn Malik Şeyx Tusi tərəfindən təsdiqlənmiş şəxsdir. Onu etibarsız sayan ibn Əl-Ğəzairinin kitabı imamiyyə alimləri tərəfindən təsdiqlənməmişdir.
2. Şeyx Tusi “Əl-Ğeybət” kitabında Əhməd ibn İshaq Qummiyə istinadən ikinci naib və onun atasının vəkilliyini nəql etmişdir.4
3. Şiə əqidəsində imamət və səfirlik məsələlərinə ciddi yanaşılır. Bir şəxsin özünü səfir hesab etməsi yetərli sayılmır. Yalançı səfirlərlə çox ciddi mübarizə aparılmışdır.
Dostları ilə paylaş: |