Sual: 258. Həzrətin dörd səfirinin nümayəndəliyi necə sübut olunur?
Cavab: 1. Osman ibn Səid haqqında deyirik: Onu imam Əsgəri etibarlı saymış və imam Mehdi (ə) mənsəbini təsdiqləmişdir.
Onun övladı Məhəmməd ibn Osman haqqında deyirik: O atası tərəfindən təyin olunmuş, bundan əlavə imam Əsgəri (ə) və imam Mehdi (ə) tərəfindən etibarlı sayılmışdır.
Hüseyn ibn Ruh da öz növbəsində Məhəmməd ibn Osman tərəfindən bu məqama təyin olunmuşdur. O isə özündən sonra üçün Əli ibn Məhəmməd Səməriyə uyğun vəzifəni tapşırmışdır.
2. Bu dörd şəxsin səfirliyini sübuta yetirmək üçün ikinci yol onların bütün xalqı imamət məsələsi ilə tanış etməsidir. Hələ imam Əsgərinin (ə) dövründə şiələr imam Mehdinin (ə) xətti ilə tanış idilər.
3. Bu böyük insanlardan görünən kəramətlər onların səfirliyinin sübutu üçün növbəti dəlil ola bilər. Bu kəramətlər bəzən səfirlərin özlərindən, bəzən isə həzrət Mehdidən (ə) görünürdü. Həzrətin kəramətlərini səfirlər şiələrə çatdırırdılar. Belə qəziyyələrdən məşhuru Əbu-Əli Bağdadi tərəfindən nəql olunmuşdur.2
Seyyid Əbdüllah Şwbbər deyir: Şiələr imamın nümayəndələrindən imama aid kəramət görməmiş onların sözünü qəbul etməzdi. Bu kəramətlər onların verdiyi göstərişlərin və nümayəndəliklərinin dəlili idi.”1
Dostları ilə paylaş: |