Sual: 259. Dörd nümayəndə şiələrlə hansı yolla rabitə saxlayırdı?
Cavab: Şiələr nümayəndələrlə iki yolla əlaqə saxlayırdı:
1. Vasitəli rabitə - Vasitəli rabitə səfirlik qurumunda prinsipial məsələlərdən idi. Çünki bu qurum Abbasilərin zülmü səbəbindən aşkar fəaliyyət göstərə bilmirdi. Onlar xalqla rabitə üçün gizli yollardan istifadə etməli olurdular.
2. Birbaşa rabitə - Dörd nümayəndənin fəaliyyəti dövründə ilk əvvəllər birbaşa rabitə yox idi. Kiçik qeyb dövründə nümayəndələrin xalqla birbaşa rabitə saxlaması çox çətin idi. Zalım hakimlərin təzyiqləri səbəbindən rabitələr gizli şəkildə qurulurdu. Şiələr zaman ötdükcə gizli şəkildə səfir və vəkilin adını və nişanələrini öyrənirdilər. Bu yolla müstəqil rabitə qurmaq mümkün olurdu. Bu iş əsasən ikinci səfirin dövründə həyata keçməyə başladı. Şeyx Tusi bu növ rabitə haqqında yazır: “Etibarlı şəxslərdən bir qrupu imam Mehdinin (ə) səfirinin yanına gedirdi. Onlar öz məktublarını və istəklərini səfirlərə çatdırmaqla onlar vasitəsi ilə müqəddəs nahiyədən cavab alırdılar.”2
Dostları ilə paylaş: |