Sual: 260. Dörd nümayəndə hansı vəzifələri yerinə yetirmişdir?
Cavab: Dörd nümayəndənin vəzifələri və fəaliyyətlərinin ümumi mehvəri bu şəkildədir:
1. İmam Mehdinin (ə) varlığı ilə bağlı şəkk-şübhəni aradan qaldırmaq; nümayəndələrin, xüsusi ilə ilk səfir Osman ibn Səid Əmrinin ən mühüm vəzifəsi imam Mehdinin (ə) varlığını sübuta yetirmək olmuşdur. Onlar isbat etməli idilər ki, imam Əsgərinin (ə) övladı var, o hazırda imamdır və nümayəndəsi fəaliyyət göstərir.
2. Həzrət Mehdinin (ə) adını və məkanını gizli saxlamaqla onun hifz olunması – İmam Mehdi (ə) bir bəyanatında Məhəmməd ibn Osman ibn Səid Əmriyə bildirirdi ki, həzrətin adı və nişanələri bilindirilməsin və bu sahədə fəaliyyət göstərilsin.3 Əbu-Səhl Növbəxti “nə üçün sən səfir olmadın” sualına belə cavab verir: “Mən Hüseyn ibn Ruh kimi sirr saxlamağı bacarmıram.”1
3. Vəkalət qurumunun nizama salınması və ona rəhbərlik – Şiələr öz suallarını məhz bu qurum vasitəsi ilə vəkillərə çatdırırdılar. Eləcə də, vəkalət qurumu həzrətin cavabını şiələrə ötürürdü. Şəri ödənclər vəkillərə çatdırılır və onlar vasitəsi ilə qurumun məsullarına təhvil verilirdi.
4. Fiqh və əqidə ilə bağlı sualların cavablandırılması – Nümayəndələr xalqın fiqhi suallarını imam Mehdi (ə) çatdırır və cavab alıb xalqa bəyan edirdilər.2
5. İmam Mehdiyə (ə) aid mülkün alınması və paylanması – İmam Mehdi (ə) atasının dəfnindən sonra Qumdan gəlmiş heyətə göstəriş verdi ki, bundan sonra ona aid olan mülkü Bağdaddakı vəkilə təhvil versinlər.3
6. Yalan səfirlik iddiası ilə mübarizə - Səfirlik dönəmində Həllac, Şələmğani və bir çox başqaları nəfsə uyaraq özünü səfir elan etmişdi. İmamın nümayəndələrinin mühüm vəzifələrindən biri bu sayaq yalan iddialarla bağlı müqəddəs nahiyə tərəfindən bəyanatlar verilirdi. Həqiqətin bu sayaq aşkarlanması imamiyyə şiələrini bir çox azğınlıqlardan qoruyur, dörd nümayəndəyə etibarı artırırdı.
7. Xain vəkillərlə mübarizə - Bəzən vəkil təyin olunanlar arasında yolunu azanlar tapılırdı. Belələri qurumun məxfi fəaliyyəti üçün bir sıra problemlər yaradırdı. Onlar bəzən şəri ödəncləri quruma təhvil vermir, özbaşınalıq göstərirdi. Bu sayaq mənfi fəaliyyətlərə qarşı dörd nümayəndə mübarizə aparır, xain vəkillər işdən uzaqlaşdırılırdı.
8. Xalqın böyük qeyb dövrünə hazırlanması – Bu istiqamətdə daha çox Əbül-Həsən Əli ibn Məhəmməd Səməri fəaliyyət göstərmişdir. Bu şəxs həzrət Mehdinin (ə) son səfiridir. Həzrət möcüzə vasitəsi ilə ona kömək etmiş, ölümündən altı gün əvvəl bu barədə ona məlumat vermişdir. Bununla da, höccət tamamlanmış, xalq qeyb dövrünə hazırlanmışdır.
Dostları ilə paylaş: |