Böyük qeyb (Qеybәti kübrа)
Sual: 272. Böyük qeyb dövrünün hansı xüsusiyyətləri var?
Cavab: Böyük qeyb dövrü kiçik qeyb dövründən sonra başlamışdır. Bu dövr imamın qeyd etdiyi hicri 329-cu ilə təsadüf edir. Həmin ildə imam Məhəmməd Səməriyə məktub yazmaqla səfirlik dövrünün başa çatdığını və böyük qeyb dövrünün başladığını xəbər verdi.
Böyük qeyb dövrünün bir sıra səciyyələri mövcuddur:
1. Həmin dövrdə müsəlmanlar zahirən öz rəhbərlərindən ayrı düşdülər. Onlar rəhbəri görmür, ya da görüb tanımırdılar. Bu hökm bütün şiələrə aid idi. Əlbəttə ki, bəzi səbəblərdən kimlərsə həzrətlə görüşə bilərdi.
2. Həmin dövrdə yer üzündə zülm-sitəm genişləndi. Bu səciyyə hazırkı dövrü İslam peyğəmbərinin həyatındakı İslam hökuməti dövründən fərqləndirir.
3. Bu dövrdə İslam ümmətinin sınağa çəkilməsi; Çünki bu dövrdə xalq bir sıra çətinliklərlə üzbəüz dayanmışdı: İslam cəmiyyətində və dünyada fitnə-fəsadın genişlənməsi; siyasi sıxıntılar və haqqın qəbulu ilə bağlı problemlər; imamın varlığı ilə bağlı bir sıra şübhələrin ortaya çıxması;
Nəticədə görürük ki, imamlar bu mövzuya xüsusi diqqət yetirmişlər. Həzrət Musa ibn Cəfər buyurur: “Yeddinci övladdan olan beşinci övlad qeybə çəkildikdə dininizdən ehtiyatlı olun etiqadınızı əldən verməyin. Ey övladım! Qəti olaraq, Qaim üçün qeyb dövrü var. Bu qeybə etiqad sınaq olar və Allah bu çətinliklə xalqı imtahana çəkər...”1
Dostları ilə paylaş: |