Sual: 273. Həzrət Mehdinin (ə) qeybinin hansı səciyyəsi var?
Cavab: Bu qeyblə bağlı iki nəzəriyyə mövcuddur:
1. Bu nəzəriyyəyə əsasən, həzrətin vücudu xalqın gözündə məxfidir. Bu baxış müəyyən rəvayətlərlə əsaslandırılır. İmam Riza (ə) buyurmuşdur: “Onun misli görünməz”.2 İmam Sadiq (ə) buyurmuşdur: “Yeddinci övladdan olan beşinci övlad sizdən qeybə çəkiləcək”.1
2. İkinci baxışa əsasən, xalq onu görür, amma onun Mehdi (ə) olmasından xəbərsizdir. Bu baxışa Məhəmməd ibn Osman Əmridən nəql olunmuş rəvayət dəlil göstərilir. İmam buyurur: “And olsun Allaha! Həqiqətən, imam Qaim hər il həcc mövsümündə vardır və xalqı görür. Xalq da onu görür, amma tanımır.”2
Dostları ilə paylaş: |