Sual: 279. Nə üçün “Qaim” (Mehdi) adı çəkildikdə ayağa qalxırıq?
Cavab: Hacı Nuri yazır: “İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: “Bir gün imam Sadiqin (ə) məclisində həzrət Mehdinin (ə) mübarək adı çəkildi. İmam Sadiq (ə) təzim və ehtiram əlaməti olaraq yerindən qalxdı.”1
Digər bir rəvayətdə deyilir ki, Dəbəl Xəzai imam Rizanın (ə) yanında həzrət Mehdi (ə) ilə bağlı bir neçə beyt oxuduqdan sonra həzrət ayağa qalxdı...”2
Mirzayi Nuri deyir: İmam Rizanın (ə) məclisində həzrət Höccətin adı çəkildikdə həzrət qalxdı və iki mübarək əlini başına qaldırıb zühurun tеzlәşmәsi üçün dua etdi.3
İmam Sadiqdən (ə) soruşuldu: “Həzrət Mehdinin (ə) adı çəkildiyi vaxt nə üçün yerimizdən qalxaq?” Həzrət buyurdu: “Həzrət Mehdinin (ə) qeybi uzun çəkər. O öz dostlarını çox sevdiyindən, yada salındığı zaman dostuna nəzər salar. Həzrəti yada salan şəxs ehtiram əlaməti olaraq yerindən qalxsa yaxşıdır. Həzrət Mehdinin (ə) ona baxdığı bir anda onun ayağa qalxması, Allahın zühurun tezləşməsini istəməsi yaxşıdır.1
Dostları ilə paylaş: |