Bismillahir-Rəhmanir-Rəhim


Sual: 290. “Cabulqa” və “Cabursa” dedikdə hansı şəhərlər nəzərdə tutulur? Cavab



Yüklə 1,7 Mb.
səhifə255/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   251   252   253   254   255   256   257   258   ...   410
Sual: 290. “Cabulqa” və “Cabursa” dedikdə hansı şəhərlər nəzərdə tutulur?

Cavab: 289-cu sualda Şeyx Əhməd Ehsainin nəzərdə tutduğu şəhərlər «Cabulqa» və «Cabursa» adlanırdı. Bu şəhərlər haqqında Əbdül-Kərim Səfipur deyir: «Cabursa qərbdə bir şəhərdir və ondan sonra insan yoxdur. Cabulqa isə şərqin Cabulsaya qardaş şəhəridir.»

Xələf Təbrizi deyir: “Misal aləmi haqqında deyirlər ki, Cabulqa və Cabursa müsul aləmində iki şəhərdir. Bu məsələni araşdıran alimlər bildirirlər ki, bu mənzil salikin (haqq yolçusunun) son mənzilidir. Sonra bildirilir ki, Cabulqa salikin ilk mənzilidir.2

Qütbüddin Şirazi Cabulqa və Cabursa şəhərləri haqqında deyir: “Bu iki şəhər müsul ünsürləri aləminin şəhərlərindəndir.”3

Şeyx Əhməd Ehsainin tanınmış şagirdlərindən olan Seyid Kazim Rüşti deyir: “Cabulqa və Cabursa xalqdan haqqa doğru ilk səfərdə qərar tutur. Bu səfərin müxtəlif məhəlləri var. Onun 19-cu məhəlli “xəzirətul-qüds” adlanır və bu məhəldə misali quşlar qərar tutur. Cabursa və Cabulqa bu şəhərin iki məhəllidir. Bu məhəllərdən hər birinin 70000 qapısı var. Hər bir qapının ağzında 70000 ümmət dayanır. Onlar bir-birləri ilə 70000 dildə danışır və heç bir dilin o biri dilə oxşarlığı yoxdur.”4



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin