Sual: 291. “Hurqəlya bədən” dedikdə hansı bədən nəzərdə tutulur?
Cavab: Şeyxiyyə əqidəsinə əsasən, imam Mehdi (ə) “hurqəlya bədəndə” yaşayır.5
Şeyx Əhməd Ehsayi bildirir ki, “hurqəlyə” sabiin dilindən götürülmüşdür və Suryani (Suriya) kökündəndir.
Qütbüddin Şirazi deyir: Cabulqa və Cabursa müsul ünsürlü dəyərlərdəndir. Hürqəlya müsul əflakındandır. Demək, hurqəlya daha üstündür.2
Dediklərimizdən məlum olur ki, “hurqəlya aləm” dedikdə həmin misal aləmi nəzərdə tutulur. Çünki misal aləmi iki qisimdir: Başlanğıc və son aləmlər. Deyilir ki, bu aləmin iki şəhəri var: Cabulqa və Cabursa. Misal aləmi maddi aləmlə ilahi aləm arasında qərar tuta bilər. Bu fikir işraqilər tərəfindən qəbul edilir, məşşailər tərəfindən rədd olunur.
İşraqilər misal aləmini iki mərhələyə malik bilirlər: Dünyadan əvvəlki bərzəx və dünyadan sonrakı bərzəx.
Dostları ilə paylaş: |