Sual: 299. Biz “fətrət”, yəni imamət cərəyanının qırıldığı dövrdəyikmi?
Cavab: Əhməd Katib deyir: “Bəzi şiələr elə düşünürlər ki, peyğəmbərlik cərəyanı qırıldığı kimi imamət cərəyanı da qırıla bilər. Onlar öz iddialarını müəyyən rəvayətlərlə sübuta yetirirlər. Onlar düşünürlər ki, Allahın qəzəbi bu cərəyanı qıra bilər. Onlar deyirlər: “Hazırda həmin dövrdür.”
Əvvəla, Şeyx Müfid “Əl-füsulul-muxtarə” kitabında imam Həsən Əsgəridən (ə) sonrakı müxtəlif quruplar haqqında danışdıqdan sonra buyurur: “Amma yaşadığımız hazırkı dövrdə 12 imamçı şiədən başqa firqə qalmayıb.”1
İkincisi, Əhməd Katibin üz tutduğu rəvayətləri araşdırdıqda görürük ki, bu rəvayətlər nəinki həzrətin mövcudluğunu inkar etmir, hətta bu mövludu təsdiqləyir. Bəzi rəvayətləri nəzərdən keçirәk: Məhəmməd ibn Fərəc deyir: İmam Əbu-Cəfər mənə yazdığı məktubunda bildirirdi: “Əgər Allah-tәala öz xalqına qəzəblənsə bizi onlardan uzaqlaşdıracaq.”2
Bu rəvayət aşkar şəkildə həzrət Mehdinin (ə) mövludunu təsdiqləyir. Rəvayətdən məlum olur ki, o mövcuddur, amma nəzərlərdən qeybdədir.
Üçüncüsü, bu rəvayətlər sənəd baxımından zəifdir. Mərhum Məclisi də bu məsələni qeyd etmişdir.
Dördüncüsü, bu rəvayətlər qrupu mütəvatir rəvayətlərə ziddir. Mütəvatir rəvayətlərdə bildirilir ki, yer üzü heç vaxt höccətsiz ola bilməz.
Dostları ilə paylaş: |