Sual: 302. İmam qeybdə ikən onu necə tanımaq olar?
Cavab: Müxtəlif firqələrə aid mənbələrdəki rəvayətlərə əsasən Peyğəmbər (s) buyurmuşdur: “Dövrünün imamını tanımadan ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.”2 Bəs qeybdə olan imamı necə tanımaq olar?
İmamı tanımaq dedikdə onu zahiri baxımdan tanımaq nəzərdə tutulmur. Məqsəd imamın məqamını, Allahın yanındakı yerini tanımaqdır. İmam şəriəti qoruyan kəsdir. O, təkvini və təşrii feyz vasitəsidir. O, Allahın izn və iradəsi ilə insanların batininə təsir göstərir, onları haqqa yönəldir. O bütün əvvəl və axır elmlərin toplumudur.
Bütün bu məlumatları imamı görmədən də əldə etmək olar.
Dostları ilə paylaş: |