Sual: 27. Dünyanın sonu haqqında Taflerin nəzəri nədir?
Cavab: “Üçüncü dalğa” kitabının müəllifi amerikalı jurnаlist Elvin Tafler tarixin sonu və liberalizmin tarixi haqqında deyir:
a) Dövrümüz “ən çox” dövrüdür. Ən çox tamaşaçısı olan film ən yaxşı film sayılır...
b) XIX əsr və XXI əsrin birinci yarısında üstünlük meyarı dünya səhnəsində siyasi qüdrət idi. Getdikcə siyasətin yerini iqtisadiyyat tutdu. Bir gün iqtisadiyyat öz yerini elmə verəsidir. Çünki gələcəkdə dünya səhnəsində yalnız elm və məlumatı yüksək olan ölkələr qüdrət sahibi olacaqlar.
v) Gələcəkdə elmi-texniki qüdrətin ümdə mеhvəri qərb olacaq.
q) Liberal demokratiyanın nöqsanları olsa da, bəşər cəmiyyəti üçün ən yaxşı yol bu ideologiyadır.
Nəticə: Dünyanın gələcəyi qərb liberalizminindir.
Yuxarıdakı iddialara cavab olaraq belə deyə bilərik:
1. Bu nəzəriyyə tarixin sonu yox, növbəti tarixə aid ola bilər
2. Birinci müqəddimədə insanın istəyi istənilən bir şeyin meyarı sayılır. Hansı ki, ölçü əqlin hökmü və nəql olunanlardır. Allah-təala buyurur: “Çox olur ki, xeyirinizə olan bir şeyi xoşlamırsınız. Çox olur ki, zərərinizə olan bir şey istəyirsiniz.”1
3. İkinci müqəddimədə hərbi güc dünya səhnəsində siyasi qüdrət meyarı sayılır. Hansı ki, zor gücünə siyasi hökmranlıq və xalqın istismarı iğtişaş və istibdaddan savay ərmağan gətirmir.
4. Məqsədə çatmaq üçün heç bir çərçivə gözləmədən istənilən bir üsuldan faydalanmaq insanın ağıl və fitrətinə uyğundurmu?
5. Siyasi nəzəriyyəçinin vəzifəsi gələcək haqqında öz zənn-gümanını bəyan etmək yox, cəmiyyətin xeyrini nəzərə alaraq proqram hazırlamaqdır.
6. Kapitalizm quruluşu cəmiyyətə xoşbəxtlik, yoxsa ciddi təbəqələrarası qarşıdurma gətirib?
Elə buna görə də Tafler belə deyir: “Cəmiyyətimizin (qərb cəmiyyətinin) üzləşdiyi problemlərin sonu yoxdur.”2
Dostları ilə paylaş: |