Sual: 313. Nə üçün başqa imamlar qeybə çəkilməmişdir?
Cavab: İmam Mehdinin (ə) şəraiti digər imamların şəraitindən fərqlənmişdir.
a) Həzrət Mehdi (ə) 12 imamın sonuncusudur.
b) Hər an qiyamı gözlənilən həzrət zahir olub hansısa zalım hakimə beyət edə bilməz.
v) Qeyb olmasaydı, Allahın yer üzündəki yeganə höccəti düşmənlər tərəfindən qətlə yetirilərdi.
Bütün bu səbəblərdən həzrətin qeyb pərdəsi arxasında qalması məsləhət olmuşdur.
Sual: 314. Nə üçün biz öz imamımızla görüşə bilməyək?
Cavab: Əvvəla, hazırkı dövrdə vəzifəmizi bilməli, kamilliyə çatmaq üçün nə etməyimizi dərk etməliyik.
Bizim yeganə vəzifəmiz məsum imamlar tərəfindən bəyan olunmuş ilahi göstərişlərə əməl etməkdir. Həzrətlə görüşmək şərəf olsa da, belə bir ilahi əmr yoxdur.
İkincisi, həzrətin qeybə çəkilməsinin səbəbi özümüz olmuşuq. Əgər yaratdığımız maneələri aradan götürə bilsək, onunla görüşə bilərik.
Üçüncüsü, hər bir ümmət hər bir dövrdə hansısa imtahana çəkilir. İmamın qeybə çəkilməsi şiə cəmiyyəti üçün böyük imtahan sayılır.
Dördüncüsü, kimsə deməyib ki, biz imamın xidmətinə çata bilmərik. Belə bir arzuya çatmaqdan ötrü göz və qəlbdən çirkabı təmizləyib ləyaqəti əldə etsək, həzrət özü görüşümüzə gələcək.
Sual: 315. Hansı yolla həqiqi Mehdi (ə) aşiqi olmaq mümkündür?
Cavab: Aşiq insan üçün cəhət var. Həzrət Mehdiyə aşiq olmaq istəyiriksə, şübhəsiz, cəhət götürməliyik. Biz onu sevirik. Çünki o bütün yaxşılıqların, ədalətin, bəndəliyin məzhəridir...
Biz həzrət Mehdini (ə) yaxşılıqlara əməl baxımından ən kamil fərd saydığımız üçün onu sevirik. Əslində həqiqi imam aşiqi yaxşılıqların aşiqi olmalıdır. Həqiqi imam aşiqi əslində yaxşı əməl aşiqidir.
Əgər yaxşılıqlara aşiqiksə və bu məqsədlə əməl ediriksə, demək, əslində Sahibəzzaman (ə) aşiqiyik.
Dostları ilə paylaş: |