Sual: 333. Vəd olunmuş xilaskar İsa ibn Məryəmdirmi?
Cavab: Belə bir iddianı irəli sürənlər ibn Macənin həzrət Peyğəmbərdən (s) nəql etdiyi belə bir hədisə əsaslanırlar: “Mehdi (ə) İsa Məryəmdən başqa bir kəs deyil.”2
Qeyd etməliyik ki:
1. Həzrət Peyğəmbərdən (s) Məhdəviyyət (ə) hədislərini nəql edən səhabələrin əksəriyyəti bu şəxsin həzrət peyğəmbər nəslindən olduğunu bildirir.
2. İbn Macənin bu hədisi hədis və kəlam alimlərinin etirazı ilə üzləşmişdir və kimsə ona istinad etməmişdir.
3. İbn-Macә özü “Mehdi Fatimə övladlarındandır” hədisini nəql etmişdir.3
4. İbn-Qəyyim Cоvziyyə bu hədisi “Əl-Minarul-munif” kitabında nəql etmiş və onu zəif saymışdır. Hakim Nişapuri də öz növbəsində bu hədisə təəccübünü gizlətməmişdir.4
Zəhəbi deyir: “Bu hədis inkar olunası xəbərdir.”5
Qurtubi deyir: “Uyğun hədis bu mövzuda olan digər hədislərə ziddir. Mehdinin (ə) Peyğəmbər (s) və Fatimə (s) övladı olduğu sabit bir məsələdir.”6
5. Bu hədisi Təbərani nəql etsə də, “Mehdi İsa ibn Məryəmdən savay başqa kəs deyil” cümləsini zikr etməmişdir.7
6. Fatimə (s) övladlarından olan Mehdinin (ə) zühuru ilə bağlı rəvayətlər mütəvatirdir. Xilaskarın İsa olduğunu bildirən hədis isə heç bir cəhətdən mötəbər sayıla bilməz. Peyğəmbər Əhli-beytindən olan xilaskarın zühuru İslam tarixi boyu müsəlmanlar arasında məşhur inanclardandır.
Əbül-Feyz Ğəmari də uyğun hədisə qarşı səkkiz irad bildirmişdir.1
Sual: 334. Həzrət Peyğəmbərin (s) “Mehdinin (ə) adı mənim adımdan, onun atasının adı atamın adındandır” buyruğunu nəql edən hədisi necə dəyərləndirirsiniz?
Cavab: Əksər sünni alimləri bu fikirdədir ki, həzrət Mehdinin (ə) atasının adı Abdullahdır. Belə bir rəvayəti Əbu-Davud nəql etmişdir.2 Bu rəvayət imamiyyə etiqadı ilə uyğun deyil. Çünki imamiyyə şiələri həzrət Mehdinin (ə) imam Həsən Əsgərinin (ə) övladı sayırlar.
Buna dəlil nədir?
1. Həzrət Mehdi (ə) ilə bağlı tərtib olunmuş kitablarda o cümlədən “Səhihe-Termizidə”, “Sünəne-ibn Macədə”, Əbu-Nəimin kitablarında, “Müsnəde-Əhməd ibn Hənbəldə” belə bir hədis nəql olunmamışdır.
2. Çox ehtimal ki, uyğun rəvayət Abbasilərin uydurmalarındandır. Çünki Abbasilər öz hakimiyyətlərini möhkəmləndirmək üçün, üçüncü Abbasi xəlifəsi Məhəmməd ibn Abbasa xalqdan beyət almaq məqsədi ilə belə bir işə əl ata bilər.
Adı Abdullah olan Mənsur Abbasi oğlu Məhəmmədi özünə canişin təyin etmişdi. O, xalqı Məhəmmədə beyətə məcbur edirdi. Bu məqsədlə oğlunun adını Mehdi qoymuşdu. O öz oğlunu xalqa xilaskar kimi tanıtdırıb beyət almaq istəyirdi. Xəlifə öz adı Abdullah olduğundan belə bir hədis uydurmağı göstəriş vermiş və həmin hədisdə xilaskarın atasının adını Abdullah kimi qeyd etmişdi.3
Dostları ilə paylaş: |