Sual: 337. Hansı alimlər belə bir görüşün mümkünlüyünə inanır?
Cavab: Uzaq keçmişdən bu günədək şiə alimləri həzrətlə görüşü mümkün saymışdır. Bəzi alimlərin uyğun məsələ ilə bağlı fikirləri ilə tanış olaq:
1. Seyyid Mürtəza: “Biz imamla görüşün mümkünlüyünü istisna etmirik...
Əgər imamın qeybə çəkilməsinin səbəbi zalımlardan təqiyyə etməkdirsə, bu məqsədi həqiqi övliya və şiələrə aid etmək olmaz. Demək, imamın onlara görünməsi zəruridir...”1
2. Şeyx Tusi: “Biz təsdiqləyirik ki, bir çox övliyalar və imamətə inananlar həzrətlə görüşmüş və ondan faydalanmışlar.”2
3. Seyyid ibn-Tavus: “(Ey övladlarım) Allahın inayət və ehsan etdiyi kəs üçün imamətə doğru yol açıqdır.”3
Alim digər bir məqamda deyir: “İmam ümumi şəkildə şiələrdən qeybdə olsa da, kimlərinsə onunla görüşə bilməsi istisna olunmur. Kimlərsə imamın söz və rəftarından bəhrələnib, bunu başqalarından gizlədə bilər...”4
4. Axund Xorasani: “Bəzi saleh insanların imamla görüşə bilməsi mümkündür...”5
5. Tədqiqatçı (mühəqqiq) Naini: “Qeyb dövründə, adətən, həzrəti görmək mümkünsüzdür. Bəli, bəzən saleh fərdlər onunla görüşüb göstərişlərini əldə edə bilər.”6
Dostları ilə paylaş: |