Bismillahir-Rəhmanir-Rəhim


Sual: 347. Həzrət insanlarla görüşərkən hansı məqsədləri izləyir? Cavab



Yüklə 1,7 Mb.
səhifə298/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   294   295   296   297   298   299   300   301   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 347. Həzrət insanlarla görüşərkən hansı məqsədləri izləyir?

Cavab: Həzrət bir neçə məqsədlə görüşə gələ bilər:

1. Müsəlmanları zalım hakimlərin zülmündən qurtarmaq məqsədi ilə; Bəhreyn xalqının qurtuluşu buna misal ola bilər.1

2. Müsəlmanların oğrulardan və cinayətkarlardan qorunması.2

3. Hələ ki, zühur şərtlərinin ödənməməsi ilə bağlı xalqa xəbərdarlıq; bu görüşlərdə çatdırılır ki, insanlar ümumdünya ədalət hökumətini öhdəyə götürəcək düşüncə və qabiliyyətə yetişməmişlər.3


Sual: 348. İmamın xalqla görüşməkdə hansı xüsusi məqsədi olur?

Cavab: Əvvəlki sualda ümumi məqsədlər açıqlandı. Qeyd edək ki, həzrətin insanlarla görüşdə xüsusi məqsədləri də olur. Onlardan bəzisinə işarə edək:

1. Yolda qalmış insana bələdçilik və onu məqsədə çatdırmaq;

2. Mübahisə edən iki tərəfdən haqlı olanına yardım;

3. Alimlər üçün çətinlik yaradan bəzi məsələlərin həlli; Məsələn, Müqəddəs Ərdəbili bu məqsədlə həzrətin xidmətində olmuşdur.

4. Şiələri hifz etməyə xatir dövrün bəzi siyasi məsələləri haqqında öncədən xəbərdarlıq;

5. Şiələrin elm və məişət səviyyəsini qaldırmaq;

6. İqtisadi çətinlik çəkən şiələrə yardım;

7. Çarəsiz xəstələrə şəfa;

8. “Fərəc duası” kimi duaların təlimi;

9. Çətinliklərdən çıxmaq üçün dua oxunuşuna həvəsləndirmə...


Sual: 349. Görüş zamanı kimsə həzrət Mehdini (ə) tanıya bilərmi?

Cavab: Qeybin məqsədlərindən biri budur ki, həzrət düşmənlərdən qorunsun, onu qətlə yetirə bilməsinlər. Bu məqsədlə həzrətin tanınmaması labüddür. Amma yalnız ləyaqətli insanlar, həzrətin yaxın dostları onu tanıya bilər. Bəzi rəvayətlərə əsasən, otuz etibarlı şəxs daim həzrətin yanındadır, onunla birlikdə yaşayır.

Başqa bir qrup rəvayətlərdən məlum olur ki, həzrət ya görünmür, ya da göründükdə tanınmır. Bir rəvayətdə imam Riza (ə) buyurur: “Onun cismi müşahidə olunmur.”1

İmam Sadiq (ə) isə belə buyurmuşdur: “Yeddinci övladımdan olan beşinci övlad sizdən qeybə çəkilər.”2

Həzrət başqa bir məqamda belə buyurur: “Xalq öz imamını itirər. Həzrət Həcc mövsümündə iştirak edər, xalqı görər, amma onlar həzrəti görməzlər.”3

Məhəmməd ibn Osman Əmri deyir: “And olsun Allaha! Həqiqətən əmr sahibi hər (Həcc) mövsümü Həccdə hazır olar. Xalqı görər və onları tanıyar. Xalq isə həzrəti görsə də onu tanımaz.”4
Sual: 350. İmamı gördüyünü bildirənlərə necə münasibət göstərməliyik?

Cavab: Əvvəla, imamla görüş insanın ixtiyarında olan iş deyil. Belə bir görüşün bir sıra şərtləri var. Əgər şərtlər ödənsə, həzrət görüşə gələr.

İkincisi, əgər bir şəxs imamla daimi əlaqədə olduğunu bildirərsə, imam Mehdinin (ə) Əli ibn Məhəmməd Səməriyə yazdığı məktuba əsasən, həmin şəxs yalançıdır.

Üçüncüsü, görüş iddiasında olan insan imtahana çəkilməlidir. Həmin şəxs doğrudan da İslam meyarlarına əməl edirmi? Onun məqsədi xalqın diqqətini özünə cəlb etmək və cəmiyyəti azdırmaq deyil ki? Bəli, məsumlarla görüş üçün insanda ləyaqət olmalıdır.
Sual: 351. Həzrətlə görüş üçün israr etmək düzgündürmü?

Cavab: Qeyb dövründə insanların vəzifəsi həzrətin zühuruna mane olan halları aradan qaldırmaqdır. Həzrətə mənəvi cәhәtdәn yaxın olmaq üçün öz vəzifələrimizə əməl etməliyik.

Əgər həzrətlə görüş istəyinin səbəbi onun vücudundan bəhrələnmək, onun lütfünü əldə etmək, qəlbən əminliyə çatmaqdırsa bu görüşə can atmaq faydalıdır. Əks-təqdirdə, hazırkı dövr qeyb dövrüdür və bu dövrdə xalq nəzərlərdən gizli qalmalıdır. Buna görə də səbr etmək, bu həssas məqamda imtahandan üzüağ çıxmaq üçün vəzifələrə əməl etmək lazımdır.

Bəli, bəzi iddialardan həzrətlə görüş istəyi sezilsə də, bu istəyi zühur dövrünə aid etmək olar.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin